Hamilə qalmaq üçün istifadə edilən qoz suyu


Digərləri 23 Apr 2019 23:05:00 261 0

Hamilə qalmaq üçün istifadə edilən qoz suyu

Yəqin ki, bir çox qadının qoz suyunun köməyilə hamilə qaldığı barədə eşitmisiniz. Deyilənlərə görə, möcüzəvi tərkibə malik olan bu vasitə bir çox xanımların köməyinə çatıb. Qoz suyu faydalı olduğu qədər də ləzzətlidir.

Son.az medicina.az-a istinadən qoz suyunun faydalarını təqdim edir:

-Tərkibində olan protein sayəsində uzun müddət insanı tox saxlayır, yağ yanmasını asanlaşdırır.

-Zərərli xolesterolun artmasının qarşısını alır.

-Damarların tıxanmasına mane olaraq ürək-damar xəstəliklərinə tutulma riskini azaldır.

-Qoz suyu tiroid xəstəliyi zamanı da faydalıdır (ancaq tiroid, hipotiroid və hipertiroid kimi fərqli səbəblərdən meydana çıxdığından mütləq həkimlə məsləhətləşmək lazımdır).

-Omega 3 yağ turşularının təsiri ilə sinir sisteminin sağlam bir şəkildə işləməsinə kömək edir.

-Qanda olan şəkər miqdarını normada saxlayır. Əsasən də 2-ci tip şəkərli diabeti olanlar üçün çox faydalıdır.

-Qaraciyərin sağlamlığı üçün çox xeyirlidir.