Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb


Digərləri 23 Apr 2019 22:28:00 244 0

Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb

Ağsu rayonunda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam etdirilir.

Son.az bildirir ki, bunu Trend-ə Ağsu rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda rayon ərazisində 66 ev yenidən inşa olunur. Həmin evlərin 47-si Fövqəladə Hallar Nazirliyi, 19-u isə Heydər Əliyev Fondu tərəfindən tikilir:

"İnşa edilən evlərin bir neçəsinin tikintisi başa çatmaq üzrədir. Artıq bəzi evlərin dam örtüyü vurulur, bəzilərinin isə fasad suvanmasına başlanıb. Bir neçə evin elektrik xətləri də çəkilib. Yaxın vaxtlarda evlərin inşası başa çatdırılacaq".