Bu vasitələrdə kanserogen aşkarlanıb


Digərləri 23 Apr 2019 22:05:00 193 0

Bu vasitələrdə kanserogen aşkarlanıb

Fransada qlazur, saqqız, şokolad, ağ rəngli souslar, diş pastası, günəş əleyhinə vasitələr, saç boyası kimi qida əlavələri olan məhsulların satışı qadağan edilib.

Son.az medicina.az-a istinadən bildirir ki, daha əvvəllər aparılan tədqiqatlarda E171 qida əlavəsinin insanlar üçün təhlükəli olmadığı bildirilirdi. Qida ağardıcısı bağırsağın divarından keçərək qara və ağciyərlərə düşür.  Laboratoriya heyvanları 100 gün ərzində E171 əlavə edilmiş suyu içdikdən sonra onlarda bədxassəli xəstəlik riskini 40 faizədək artıb.

Həmçinin bu maddənin bağırsaqlara da mənfi təsir göstərdiyi ehtimal edilir. Bu təhlükəli bakteriyalara qidalı maddələri mənimsəyərək çoxlamaları üçün şərait yaradır. Bununla belə, alimlər bu maddənin mənfi xüsusiyyətlərinin hələ tam məlum olmadığını bildirirlər.