Mahmud məqamı nədir? Bu məqama necə çatmaq olar?


Digərləri 23 Apr 2019 21:50:00 286 0

Mahmud məqamı nədir? Bu məqama necə çatmaq olar?

Mahmud məqamı - adından da göründüyü kimi, çox yüksək məqamdır ki, sitayişə aid olan hər bir məqamı əhatə edir. Bu məqama ancaq Peyğəmbər (s) gecə ibadətləri və səhər çağı etdiyi münacatlar sayəsində çatmışdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, təfsirçilər bu məqam haqqında deyirlər ki, bu məqam - Peyğəmbərin (s) böyük şəfaətidir. "Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Qur'an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın". ("İsra" 79).

İmam Sadiq (ə) buyurur ki, bu məqam - mahmud məqamıdır.