Qarabağ qazisi 28 ildir vaqonda yaşayır


Digərləri 23 Apr 2019 21:37:00 193 0

Qarabağ qazisi 28 ildir vaqonda yaşayır

Rafael İsmayılov Qarabağ qazisidir.

Son.az oxu.az-a istinadən bildirir ki, o altı  nəfərlik ailəsi ilə birgə düz 28 ildir Pirşağı qəsəbəsində vaqonda yaşayır.

Rafael İsmayılov deyir ki, kömək üçün dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, heç bir yardım göstərilməyib.

Müsahibimiz bildirir ki, bu komaya bənzər yerdə şəraitsizlikdən çox əziyyət çəkirlər. Tez-tez işıqlar və su kəsilir, çətin vəziyyətə düşürlər.