UNEC “Only in English” adlı zəngin proqramlı tədbir keçirilib (FOTO)


Digərləri 23 Apr 2019 21:23:42 167 0

UNEC “Only in English” adlı zəngin proqramlı tədbir keçirilib (FOTO)

UNEC-də 23 aprel Beynəlxalq İngilis dili Günü münasibətilə “Xarici Dillər“ kafedrası “Only in English” adlı zəngin proqramlı tədbir keçirilib.

Bakı. UNEC-də 23 aprel Beynəlxalq İngilis dili Günü münasibətilə “Xarici Dillər“ kafedrası “Only in English” adlı zəngin proqramlı tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin açılışında UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova çıxış edərək, Beynəlxalq İngilis dili Gününün 2010-cu ildən BMT tərəfindən təsis edildiyini bildirdi. Günün təsis edilməsi tarixindən danışaraq S.Qəndilova UNEC-də dörd tədris dilindən birinin ingilis dili olduğunu qeyd etdi. Hörmətli rektorumuz Ədalət Muradov həmişə ingilis dilinin tədrisinə böyük diqqət ayırmışdır. Məhz bu qayğının nəticəsidir ki, bir çox tələbələrimiz bu dilə mükəmməl yiyələnməklə UNEC-i ölkə xaricində sərbəst təmsil edirlər. UNEC-in bütün fakültələrindən olan tələbələrin iştirak etdiyi tədbirdə “Xarici dillər” kafedrasının müdiri əvəzi, prof. Afət Abbasova çıxış edərək aprelin 23-ü dahi ingilis dramaturqu, yazıçı Vilyam Şekspirin dünyaya göz açdığı və həyatla vidalaşdığı bir tarix olduğunu bildirdi. İngilis dili BMT-nin 6 aparıcı dillərindən biri olaraq beynəlxalq ünsiyyət dilidir. Məhz bu dilə yiyələnməklə biz dünya iqtisadiyyatına, siyasətinə, elm aləminə asanlıqla inteqrasiya edə bilirik. Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır.