İnstagram SEPAHın komandirlərinin səhifəsini bağladı


Digərləri 23 Apr 2019 21:10:00 220 0

İnstagram SEPAHın komandirlərinin səhifəsini bağladı

İnstagram sosial şəbəkəsi ABŞ rəhbərliyinin İranın İnqilab Keşikçiləri Ordusunu (SEPAH) terror təşkilatları siyahısına salmasından sonra İranın baş qərargah rəisi general-mayor Baqirinin də aralarında olduğu yüksək vəzifəli komandirlərin səhifəsini bağlayıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, İnstagram tərəfindən hesabları bağlanılan yüksək səviyyəli komandirlər arasında İranın baş qərargah rəisi general-mayor Baqiri, SEPAH-ın komandiri Məhəmməd Əli Cəfəri, Qüds Qüvvələrinin komandiri general-mayor Süleymani, Silahlı Qüvvələrin İnsan Resursları İdarəsinin rəhbəri Musa Kamali və bir vaxtlar SEPAH-da xidmət edən İranın Radio və Televiziya Qurumunun rəhbəri İzzətullah Zərqami də var.