Bakıda kafedə müştərini döyüb öldürən şəxsin məhkəməsi başladı


Kriminal 23 Apr 2019 20:18:00 210 0

Bakıda kafedə müştərini döyüb öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nizami Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 30-na təyin edilib.

İttihama görə, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb.