Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir


Dünya 23 Apr 2019 20:03:06 221 0

Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir

Rusiyanın Ermənistanın Erebuni aerodromunda yerləşən 3624-cü hava bazası "4++" nəslindən olan "Su-30CM" qırıcları ilə təchiz olunacaq. Qırıcıların hazırda bazada olan "MiQ-29" təyyarələrini əvəzləyəcəyi bildirilir. Ümumilikdə 18 ədəd "Su-30CM" qırıcısının tədarükü planlaşdırılır.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiyanın Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.

Aviabazanın "Su-30 CM" qırıcıları ilə tədarükü iki mərhələli şəkildə 2020-2021-ci illərdə gerçəkləşdiriləcək.