Qənirə Paşayeva qaz limitinin artırılmasını təklif etdi


Digərləri 23 Apr 2019 20:07:00 226 0

Qənirə Paşayeva qaz limitinin artırılmasını təklif etdi

Millət vəkili Qənirə Paşayeva MM-də əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib. Millət vəkili qeyd edib ki, özəlliklə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar etdikləri müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər.

Son.az musavat.com-a istinadən xəbər verir ki, millət vəkili Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu deyib və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb. Q.Paşayeva  həmkarı Fazil Mustafanın bununla bağlı təklifini dəstəklədiyini deyərək müvafiq qurumları bu məsələyə yaxın zamanlarda baxmağa çağırıb.