BDU-da “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib


Digərləri 23 Apr 2019 19:28:03 164 0

BDU-da “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetində “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev uydurma soyqırımı iddiasının heç bir əsasa malik olmadığını, ermənilərin tarixi hadisələri saxtalaşdıraraq bundan daim Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib. Qeyd edib ki, erməni diasporası qondarma erməni soyqırımı məsələsində aldıqları dəstək qarşılığında hər dəfə daha da azğınlaşır və prosesi daha böyük miqyasda həyata keçirməyə çalışırlar.