Sabiq deputat Hüseyn Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib


Digərləri 23 Apr 2019 18:37:00 221 0

Sabiq deputat Hüseyn Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib

Vergilər Nazirliyinin əməkdaşları Hüseyn Abdullayevin dövlətə vurduğu zərəri açıqlayıblar.

Bakı. Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında mülki iddiaçı və şahidlər dindiriliblər. Vergilər Nazirliyinin əməkdaşları Qoşqar Bədirxanov və Xəyal Əhmədov məhkəmə iclasında mülki iddiaçı kimi ifadə verərkən iddianı müdafiə etdiklərini bildirməklə göstəriblər ki, Hüseyn Abdullayev əldə etdiyi qazancdan dövlət büdcəsinə ödəməli olduğu 23 milyon 689 min manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.