Sumqayıtda yeni yaşayış massivləri telefonlaşdırılacaq (FOTO)


Digərləri 23 Apr 2019 18:23:00 251 0

Sumqayıtda yeni yaşayış massivləri telefonlaşdırılacaq (FOTO)

Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir.

Bakı. Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən pilot layihə çərçivəsində yaxın gələcəkdə telefondan istifadə tutumunun 18 000 nömrə artırılaraq 77 600-ə, internetdən istifadə tutumunun isə 52 784 artaraq 75 136 abunəçi sayına çatdırılması nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən həyata keçirilən işlər nəticəsində telekommunikasiya şəbəkəsində çöl tipli (outdoor) 39 avadanlıq quraşdırılıb və 35 km fiber-optik (FO) kabel çəkilib. Hazırda mövcud şəbəkədə olan abunəçilərin mərhələli şəkildə yeni avadanlıqların üzərinə köçürülmə prosesi çərçivəsində 13 avadanlıq istismara verilib. Nəticədə 3512 telefon və 2105 internet istifadəçisinə yeni avadanlıqlar üzərindən daha keyfiyyətli xidmətlər təqdim olunur.