Londonda bahalı obyektləri olan rus milyarderlər


Dünya 23 Apr 2019 18:17:00 219 0

Londonda bahalı obyektləri olan rus milyarderlər

"Forbes" jurnalı Böyük Britaniyada bahalı obyektləri olan rusiyalı biznesmenlərlə bağlı hesabat hazırlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Londonda ən bahalı ev milyarder Roman Abramoviçə məxsusdur. Onun Kensinqton Pelas Qardens küçəsində yerləşən üç mərtəbəli imarəti əmlakçılar tərəfindən 170 milyon avro miqdarında dəyərləndirilir. "Milyarderlərin küçəsi" kimi məşhur olan bu küçədə Rusiya səfirliyinin binası və Kensinqton sarayı-Kembric şahzadəsi Uilyamın iqamətgahı yerləşir.

İkinci yerdə "FosAqro"nun sahibi Andrey Quryev qərarlaşıb. Hayqest Vest Hilli küçəsində yerləşən Witanhurst malikanəsi XX əsrdə inşa edilib. 8 min kvadrat metr ərazisi olan obyektin dəyəri 150 milyon avrodur. 

Siyahıda "Moskva Bankı"nın keçmiş rəhbəri Andrey Borodin də var. Onun Remenham Hill küçəsində yerləşən 80 hektar əraziyə malik "Park Palace" malikanəsinin 300 illik tarixi var. Dəyəri 150 milyon avro olan villaya Moskvanın Tver rayon məhkəməsi həbs qoyub. 

Dördüncü yerdə "Qazprom"un eks-top-meneceri Andrey Qontsarenko qərarlaşıb. "Hanover Lodge" yaşayış binası Ricents-parkda yerləşir. Qontsarenko 2004-cü ildə obyektə 120 milyon avro xərcləyib. Lakin ekspertlərin qiymətləndirməsinə görə, hazırda bu ev 130 milyon avro dəyərindədir.

Bundan başqa, o, 2012-ci ildə Sent-Ceyms küçəsində 102 milyon avroya aldığı malikanəyə sahibdir.