Qəbələ Qarabağ-a qalib gəldi


İdman 23 Apr 2019 17:51:00 224 0

Qəbələ Qarabağ-a qalib gəldi

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Goal.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Oyunda yeganə qolu 72-ci dəqiqədə Ceyms Adeniyi vurub. Bununla da "Qəbələ" 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.