Bakıda "Aşıqlar" kafesində dava:


Digərləri 23 Apr 2019 18:04:00 180 0

Bakıda "Aşıqlar" kafesində dava:

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "Aşıqlar" kafesində Bakı şəhər sakini Tağıyev Elməddin Tağı oğlu Həsənov Samir Zamin oğlu ilə mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və nəticədə E.Tağıyev S.Həsənovu kafenin qarşısında bıçaqlayıb.