17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib (FOTO)


Digərləri 23 Apr 2019 17:33:00 169 0

17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətləri təmsil edən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursunu uğurla başa çatdırıb.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətləri təmsil edən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursunu uğurla başa çatdırıb. Agentlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkar və menecerlərimiz 25 mart – 19 aprel tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim, istehsal müəssisələrində isə təcrübə keçiblər. Belə ki, sahibkar və menecerlərin Almaniyanın “KIN” Qida İnstitutuna səfəri təşkil edilib, kənd təsərrüfatı, meşəçilik, kimya sənayesi sahələrində fəaliyyət göstərən alman şirkətlərində görüşlər keçirilib. Təlim müddətində həmçinin, hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər də təşkil olunub.