AzMİU-da Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib (FOTO)


Digərləri 23 Apr 2019 17:26:00 196 0

AzMİU-da Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetindən gələn nümayəndə heyətinin iştirakı ilə Dəyirmi Masa keçirilib.

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetindən gələn nümayəndə heyətinin iştirakı ilə Dəyirmi Masa keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Dəyirmi Masada İTU rektoru, professor Mehmet Karacanın “İTU nümunəsində XXI əsrdə universitetlərin dünəni, bu günü və sabahı” mövzusunda məruzəsi ətrafında maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizin ali məktəb rektorlarını və türkiyəli qonaqları salamlayıb. G.Məmmədova bu gün universitetdə keçirilən görüşün mühüm əhəmiyyətini vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini öyrənməyə səsləyib.