Bundesliqa klubunda yeni baş məşqçi


İdman 23 Apr 2019 17:12:00 196 0

Bundesliqa klubunda yeni baş məşqçi

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi avstriyalı mütəxəssis Oliver Qlasnerlə razılaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hazırda Avstriyanın LASK klubunu çalışdıran 44 yaşlı mütəxəssis, növbəti mövsümdən etibarən Wolfsburg-a rəhbərlik edəcək. Qlasnerlə 3 illik müqavilə imzalanacaq.

Almaniyanın Wolfsburg klubunun yeni baş məşqçisi məlum olub.

Wolfsburg bir müddət əvvəl baş məşqçi Bruno Labbadia ilə mövsümün sonunda yollarını ayıracağını açıqlamışdı.