Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirib?


Digərləri 23 Apr 2019 17:06:00 215 0

Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirib?

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

Son.az xəbər verir ki, bu barədə ölkə.az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.  

Əməkdaşımız iddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlayıb. Direktor əməkdaşımızla söhbətində belə bir hadisədən xəbərdar olmadığını bildirib. 1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir.