19 yaşlı ana özünü öldürdü


Digərləri 23 Apr 2019 16:36:00 180 0

19 yaşlı ana özünü öldürdü

Ağdaşda bir uşaq anası özünü öldürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayon sakini 19 yaşlı Cəmilə İsgəndərova ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin yardımına baxmayaraq gənc ananın həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qadın sirkə turşusu içib.

Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq.