Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac etdi FOTO


Digərləri 23 Apr 2019 16:43:00 267 0

Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac etdi  FOTO

Sumqayıt Texnologiyalar Parkı (STP) Polşaya alüminium profil məhsulları yola salıb.

Bu STP ilə yanaşı, Azərbaycan tarixində Polşaya ilk alüminium profil məhsulları ixracıdır. Satışla bağlı ilkin danışıqlar 2019-cu ilin yanvar ayından başlayıb və mart ayının sonlarında sifarişçi şirkətə test məhsullar yola salınıb. Məhsullar beynəlxalq standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir.

Son.az Trend-ə istinadən bildirir ki, növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki, hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.

İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı, Avropanın lider ölkələrindəndir. Digər Avropa ölkələri alüminium profil məhsullarını bu ölkələrin vasitəsilə əldə edirlər. Azərbaycanın ən böyük sənaye kompleksi olan STP isə hal-hazırda hər 3 dövlət ilə aktiv şəkildə alüminium profil satışı üzrə əlaqələr qurur. Texnopark Polşadan öncə Danimarkaya bir neçə dəfə alüminium profil məhsulları ixrac edib.


Xəbərə aid fotolar