Nazirlik: "Fermerlər ehtiyaca uyğun təlimlərə cəlb olunur"


Digərləri 23 Apr 2019 16:47:00 235 0

Nazirlik: "Fermerlər ehtiyaca uyğun təlimlərə cəlb olunur"

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerləri mütəmadi təlimlərə cəlb edir.

Son.az bildirir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, nazirlik əməkdaşları yerlərdə fermerlərin təlimlərə olan ehtiyacını dəqiqləşdirir: "Mövcud ehtiyaclara uyğun olaraq fermerlər təlimlərə cəlb olunur. Təlimlər bitkiçilik, heyvandarlıq, texniki nəzarət, fitosanitar tədbirlər və sair istiqamətləri əhatə edir. Burda səpində müasir innovativ üsullardan istifadə etmək, aqrotexniki qaydalara, təqvimə riayət etməklə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirilir".