Obamadan Beyonsla bağlı paylaşım


Digərləri 23 Apr 2019 16:38:00 203 0

Obamadan Beyonsla bağlı paylaşım

Amerikanın keçmiş birinci xanımı Mişel Obama sosial şəbəkədə pop ulduz Beyonsla bağlı paylaşım edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb "Homecoming: A Film by Beyoncé" sənədli filminin uğur qazanmasıdır. 

M.Obama "Netflix"də yayımlanan layihə barədə Tvitter-də belə rəy yazıb: "Qızım, məni qürurlandırdın. Səni sevirəm! Qarşımızdakı illərdə dünyanı silkələyəcək nəsillərə tarximizi, həqiqətləri danışaraq ilham verdin. Canım dostum, həqiqətlərdən danışmağa davam et".