Bank Respublikanın dəstəyilə maliyyə savadlılığına dair tədbir təşkil olunub


Digərləri 23 Apr 2019 15:44:00 220 0

Bank Respublikanın dəstəyilə maliyyə savadlılığına dair tədbir təşkil olunub

263 saylı məktəbdə maliyyə savadlılığına dair şagirdlər və valideynlər üçün tədbir keçirilib.

Bakı. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Bank Respublika”nın dəstəyi ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə maliyyə savadlılığına dair şagirdlər və valideynlər üçün tədbir keçirilib. “Bank Respublika”dan Trend-ə verilən məlumata görə, tədbirdə İcra hakimiyyətinin nümayəndələri, Mərkəzi Bankın əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub. İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.