Naxçıvanın iqtisadiyyatı 0,8 faiz artıb


Digərləri 23 Apr 2019 15:29:00 211 0

Naxçıvanın iqtisadiyyatı 0,8 faiz artıb

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər "Ailə təsərrüfatları ili" elan olunmuş 2019-cu ilin ilk rübündə də davam etdirilib, yüksək nəticələr qazanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-mart aylarında 535 milyon 968 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1174 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,7 faiz təşkil edib.