Derbi öncəsi Manchester City-də ciddi itki


İdman 23 Apr 2019 14:22:00 205 0

Derbi öncəsi Manchester City-də ciddi itki

Manchester City-nin futbolçusu Kevin De Brüyne İngiltərə Premyer Liqasının 36-cı turunda Manchester United-lə oyunu buraxacaq.

Goal.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola məlumat verib. O, ölkə çempionatının 35-ci Tottenham-lə matçda (1:0) zədələnən belçikalı yarımüdafiəçinin derbiyə kimi hazır olmayacağını bildirib.

Qeyd edək ki, Manchester United - Manchester City görüşü sabah keçiriləcək.