Gürcüstanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub (FOTO)


Digərləri 23 Apr 2019 14:52:49 226 0

Gürcüstanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub (FOTO)

Gürcüstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və mədəniyyət attaşesi Georgi Buaçidze Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Bakı. Gürcüstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və mədəniyyət attaşesi Georgi Buaçidze Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətiril­miş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açılıb. Gürcüstan ədəbiyyatının Azərbaycan oxucusuna yaxından tanıdan “Gürcü hekayələri” kitabının ölkə kitabxanalarına və universitetlərə yerləşdirildiyi, tanınmış gürcü şairi, Çarçavadze mükafatı laureatı Bağater Arabulinin kitabının Azərbaycan dilinə tərcümə edilərək, ötən il nəşr edildiyi bildirilib. Daha sonra Azərbaycan ədəbiyyatının Gürcüstanda tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.