Yelkənçilərimiz 14 ölkədən 450 peşəkar idmançı ilə “Qızıl qrup”da çıxış edib (FOTO)


Digərləri 23 Apr 2019 13:31:00 189 0

Yelkənçilərimiz 14 ölkədən 450 peşəkar idmançı ilə  “Qızıl qrup”da çıxış edib (FOTO)

Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22-si tarixlərində Sloveniyada Optimist və Laser sinifləri üzrə keçirilən “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak edib.

Bakı. Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22-si tarixlərində Sloveniyada Optimist və Laser sinifləri üzrə keçirilən “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak edib. Federasiyadan Trend-ə verilən məlumata görə, yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14-18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim məşqlərə qatılıblar. Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədilə qatıldığı yarışlarda 14 ölkədən 450 idmançı iştirak edib. Optimist sinfi üzrə 2 yarış və Laser 4.7 sinfi üzrə 3 yarış keçirilib. Öz bacarıq və peşəkarlıqları ilə seçilən yelkənçilərimiz Murad Hacı-Zadə və Ayla Babayeva 450 idmançı ilə “Qızıl Qrup”da yarışmaq imkanı əldə ediblər. Yelkənli İdman Federasiyasının gənc idmançılarının peşəkar yelkənçilərlə bir qrupda yer alması beynəlxalq səviyyəli məşqçilərin xüsusi diqqət və rəğbətilə qarşılanıb. “Laser” sinfi üzrə yarışan yelkənçilərimiz Murad Allahverdi və İsmayıl Kərimov 3 yarışda iştirak edərək yüksək bacarıq nümayiş etdiriblər.