Expressbank təbiətin qorunmasına önəm verir


Digərləri 23 Apr 2019 13:25:00 273 0

Expressbank təbiətin qorunmasına önəm verir

Ekoloji tarazlığın bərpasını, ətraf mühitin qorunmasını mütəmadi olaraq diqqətdə saxlayan Expressbank kollektivi Azərbaycan təbiətinə xüsusi önəm vermiş, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən saymış, Ümummilli lider Heydər Əliyevin "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir!" sözünü rəhbər tutaraq Beynəlxalq  Yer günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirib.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 21 aprel 2019- cu il tarixində Binəqədi rayonu ətrafında baş tutub.

Mütəmadi olaraq mühüm korporativ sosial məsuliyyət tədbirlərinə böyük önəm verən Expressbank- ın bu tədbirinin əsas məqsədi ətraf mühitin qorunmasının vacibliyini insanlara çatdırmaqla ictimai nəzarəti gücləndirmək, ekoloji tarazlığın bərpasını həyata keçirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Bankın İnsan Resursları departamentinin rəhbəri Məlahət Abdullayeva bildirdi ki, "Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq. Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq. Məqsədimiz ekoloji-maarifləndirmə çərçivəsində ətraf mühitin qorunmasına xidmət etmək və ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməkdir."


Xəbərə aid fotolar