Azərbaycanda bu şəxslərin pensiyası artacaq – Dəyişiklik qəbul olundu


Digərləri 23 Apr 2019 13:00:00 208 0

Azərbaycanda bu şəxslərin pensiyası artacaq – Dəyişiklik qəbul olundu

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə “buraxıldığı günə” sözlərindən sonra “sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə” sözləri əlavə edilir. Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.