Millət vəkili: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır


Digərləri 23 Apr 2019 12:57:00 183 0

Millət vəkili: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır

Azərbaycan televiziyalarının efirində keyfiyyət dəyişiklikləri baş verməkdədir.

Bakı. Elçin Mehdiyev – Azərbaycan televiziyalarının efirində keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə daha çox estetik tərəfdən dəyişikliyə önəm verilir. Təbii ki bu da olmalıdır. Aparıcılar estetik baxımdan məzmunlu geyinməlidirlər. Lakin əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Baboğlu parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilməsi məsələsinin müzakirəsi zamanı çıxış edərkən deyib. Deputat bildirib ki, İctimai Televiziyanın bu istiqamətdə məsələlərin həyata keçirilməsi üçün digərlərindən fərqləndirən cəhətləri var: