Tərlan Əhmədov cəzalandırıldı


İdman 23 Apr 2019 12:32:00 225 0

Tərlan Əhmədov cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Goal.az-ın məlumatına görə, İK Azərbaycan Premyer Liqasının XXV turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

“Sumqayıt”la oyunun 58-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Səbail”in futbolçusu Tome Kitanovski 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ”la qarşılaşmada hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov növbəti oyunu tribunadan izləməli olacaq. Paytaxt təmsilçisi 800 manat da cərimə olunub.

“Sabah”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Neftçi” də 800 manat məbləğində cərimələnib. Oyunun 56-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Sabah”ın futbolçusu Novruz Məmmədova 1 oyunluq cəza, klubuna isə 200 manat cərimə kəsilib.