Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar


Digərləri 23 Apr 2019 12:47:00 161 0

Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar

Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar.

Bakı. Elçin Mehdiyev – Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan sazişlə bağlı yersiz fikirlər səsləndirənlər var. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Sazişlə bağlı bəzilərinin tənqidi bəyanatlarla çıxış etdiyini bildirən S.Novruzov söyləyib ki, həmin qüvvələr indiyədək Dağlıq Qarabağla bağlı bir kəlmə belə deməyiblər: “Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Azərbaycanda gedən islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birilərinə ziyan vuraraq bunu da dövlətin üzərinə atmağa çalışırlar”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin