“Uşağı metrlərlə sürüyüb” Küçə itinin dişlədiyi Hüseynin atası


Digərləri 23 Apr 2019 12:04:00 200 0

“Uşağı metrlərlə sürüyüb”  Küçə itinin dişlədiyi Hüseynin atası

"Deyirlər, 40 gün ərzində əgər quduzluq sinir sisteminə toxunarsa qarşısını almaq olmaz"

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşağı it dişləyib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, itin hücum edərək 4 yaşlı Hüseynin üzünü parçalaması hadisəsi sahibsiz itlərlə bağlı məsələni yenidən gündəmə gətirib.

Məlum olub ki, sahibsiz itlər nəinki paytaxt sakinlərini, hətta onların övladları üçün də təhlükə mənbəyinə çevrilib.

Qismət Məmişov - Uşağın valideyni: "Uşağın sifətini dartıb qoparıb. Metrlərlə sürüyüb. Uşağın səsinə qonşular gəlib. İt buraxıb, gedib. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır. Amma qaranti verilmir. Deyirlər 40 gün ərzində əgər quduzluq sinir sisteminə toxunarsa qarşısını almaq olmaz".

4 yaşlı Hüseynin atası deyir ki, it övladını qonşunun uşağı ilə oynadığı vaxt dişləyib. Hüseynə hücum edən it uşağı dişləyərək onu xəstəxanalıq edib.

Həsən Yəhyayev - Həkim: "Quduz əleyhinə zərdab vurulub, vaksinasiya edilib. Hazırda xəstənin vəziyyəti kafidir".


Xəbərə aid fotolar