Naxçıvanın iqtisadiyyatı 0,8 faiz artıb


Digərləri 23 Apr 2019 12:01:00 183 0

Naxçıvanın iqtisadiyyatı 0,8 faiz artıb

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Ailə təsərrüfatları ili” elan olunmuş 2019-cu ilin ilk rübündə də davam etdirilib, yüksək nəticələr qazanılıb.

Bakı. Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Ailə təsərrüfatları ili” elan olunmuş 2019-cu ilin ilk rübündə də davam etdirilib, yüksək nəticələr qazanılıb. Trend-in məlumatına görə, ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-mart aylarında 535 milyon 968 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən çoxdur.