Şəhid qızı Zəhra Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm


Digərləri 23 Apr 2019 11:04:00 237 0

Şəhid qızı Zəhra  Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm

Son.az mubarizim.com-a istinadən jurnalist Orxan Əlinin "Şəhid qızının müqəddəs darağı" yazısını təqdim edir:

Əlində daraq var... Qucaqlayıb qoxulayır... Bir də sinəsinə sıxır... Saatlarla baxır darağa. Sanki üzərində nə isə var imiş kimi tez baxır...

Yatanda gəlincik yerinə həmin darağı qucaqlayır...

O, ŞƏHİD gizir Rusif Ağayevin şirin qız balası Zəhradır. Əlindəki isə atasının işlətdiyi daraq... Balaca Zəhra darağı götürüb qoxulayır, deyir ki, bundan atamın qorxusu gəlir. Heç kimə verməyəcəyəm bu darağı. Yatanda, yemək yeyəndə özümlə gəzdirəcəyəm. Çox darıxmışam mən atam üçün...