Bakı Ali Neft Məktəbində SPMin yeni qrupunun açılışı oldu


Digərləri 23 Apr 2019 10:57:00 160 0

Bakı Ali Neft Məktəbində SPMin yeni qrupunun açılışı oldu

Bakı Ali Neft Məktəbi ilə BP, TwentyEighty Strategy Execution şirkəti (Böyük Britaniya) and Corc Vaşinqton Universitetinin (ABŞ) birgə layihəsi olan "Layihələrin İdarə edilməsi Məktəbi"ndə (SPM-School of Project Management) təlim görəcək M6 qrupunun açılışı olub. Yeni iştirakçılarla görüş zamanı çıxış edən BANM-nin rektoru Elmar Qasımov bildirib ki, bu artıq universitetin nəzdində SPM-də təlim görmüş səkkizinci, layihələrin idarə edilməsi üzrə yüksək bilik və bacarığa sahib olan azərbaycanlı müəllimlər tərəfindən həyata  keçirilən 6-ci qrupdur. O, həmçinin hər bir iştirakçıya təlimin uğurlu keçməsini və müasir menecerə lazım olan bütün bilik və bacarıqlara yiyələnməyi arzu edib.

M6 qrupunun iştirakçıları milli və beynəlxalq iri şirkət və təşkilatların aparıcı mütəxəssisləri, menecerləri və digər heyət üzvlərindən ibarətdir. Bunların arasında BP, SOCAR, R.I.S.K. Şirkəti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, STAR Beton İstehsalı MMC, "Cənub Qaz Dəhlizi" QSC, Azərbaycan Dəmiryolları QSC, Heydər Əliyev Bakı Neft Emalı Zavodu, Azərikimya İB və AS Group Investment kimi  şirkətlərin nümayəndələri daxildir.