42 yaşlı kişi dostu ilə birgə arvadının rəfiqəsini lüt soyundurdu, sonra...


Kriminal 23 Apr 2019 10:59:00 208 0

42 yaşlı kişi dostu ilə birgə arvadının rəfiqəsini lüt soyundurdu, sonra...

Azərbaycanda zorlama, hədə-qoru yolu ilə pul tələb etmə və digər cinayətlərdə ittiham olunan Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Həsən Əhmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Həsən Əhmədovun 2008-ci ildən qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu Röya Rəfiyeva 28 mart 2015-ci il tarixdən onunla münasibətlərinə son qoymaq üçün Quba şəhərində kirayədə yaşadıqları evdən çıxıb. Röya Rəfiyeva tanışı Ramella Allahverdiyevanın Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən evində yaşayıb.

Sevgilisinin evindən qaçdı, tanışının evinə sığındı

Bundan sonra Həsən Əhmədov Quba rayon polis şöbəsinə Röya Rəfiyevanın itkin düşməsi barədə 4 aprel 2015-ci il tarixdə ərizə verib.

Həmin ilin aprelin 19-dan iyunun 3-dək Röyanın yaşadığı evə gedib, onun yanına qayıtmasına səy göstərməsinə baxmayaraq, sonuncu hər dəfə onunla getmək isiəmədiyini bildirib.

Evinin ətrafını güddü

Bundan sonra Röya Həsən Əhmədovun ondan əl çəkmədiyini görüb və onu təqib etdiyinə görə Şabran rayon polis şöbəsinə şikayət edib. Ramella Allahverdiyeva isə Röyanı öz evində saxlayaraq onu müdafıə etməyə çalışıb.

Röyanın onunla münasibət saxlamaqdan imtina etməsinə baxmayaraq Həsən Əhmədov dəfələrlə Ramella Allahverdiyeva və Röyanın yaşadıqları evin yaxınlığına gedib.

Əlbir olan cinayətkarlar

Orada onları güdüb və Ramella Allahverdiyevanın hər gün səhərlər Xaçmaz rayonu, Sərkərli kəndində işlədiyi çayxanaya getdiyini müəyyən edib.

Həsən Əhmədov şəxsiyyətini istintaqla müəyyən etmək mümkün olmayan şəxslə özünün əvvəldən ədavətli olduğu Ramella Allahverdiyevaya zorakılıq göstərib, quldurluq yolu ilə pul almaq, hədə-qorxu ilə pul tələb etmək, zorlamaq və ona qarşı seksual xarakterti zorakılıq hərəkətləri etmək barədə qabaqcadan əlbir olub.

Ağacların arxasında pusqu qurdular

Həsən Əhmədov və həmin şəxs iyulun 22-də, saat 09 radələrində idarə etdiyi "Vaz-21213" markalı avtomaşınla Xaçmaz-Quba avtomobil yolundan Xaçmaz rayonu, Yergüc kəndi ərazisində, Sərkərli kəndi istiqamətində ayrılan avtomobil yolunun bağların arasından keçən hissəsinə gəliblər. Orada Həsən Əhmədov əlbir olduğu şəxslə birlikdə ağacların arxasında gizlənib, gözləməyə başlayıblar.

Ramella Allahverdiyeva saat 10 radələrində Sərkərli kəndi istiqamətinə gedən həmin yolla tək piyada işlədiyi çayxanaya tərəf gedərkən Həsən Əhmədov və onunla olan şəxs qarşısını kəsiblər.

Qadını ağaclığa çəkdi və pul tələb etdi

Bu zaman Həsən Əhmədov Ramella Allahverdiyevanın saçından tutub, həmçinin özündə olan bıçağın dəstəyi ilə sinəsinə, təpiklə isə ayağına zərbələr endirib. Ona xəsarət yetirib.

Ramella Allahverdiyev ona müqavimət göstərib. Qadının müqavimət göstərdiyini görən Həsən Əhmədov onu öldürməklə hədələyib, müqavimət göstərməməsini bildirib.

Daha sonra Həsən Əhmədov Ramella Allahverdiyevanı yolun kənarındakı bağın ərazisinə aparıb, orada Röya Rəfiyevanın yerini soruşub.

O, Röya Rəfiyevanın anasına verdiyi pulların ödənilməsini Ramella Allahverdiyevadan tələb edib. Ramella pul ödəməkdən imtina edib və Röyanın olduğu yeri bilmədiyini deyib.

Qadını lüt soyundurub, xəsarət yetirdi

Bundan sonra Həsən Əhmədov Ramella Allahverdiyevanı soyundurub, onun şəklini çəkib, internetə verməklə biabır edəcəyini bildirib. Sonra isə qisas almaq, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə əvvəlcə ağac parçası ilə Ramella Allahverdiyevanın boynunun ardından, bıçağın dəstəyi ilə isə çiyinlərinə zərbələr endirib.

Daha sonra Ramella Allahverdiyevanı yerə yıxaraq tapşırığı ilə yanındakı əlbir olduğu şəxsin gətirdiyi kəmərə oxşar kauçuk əşya ilə əllərini arxadan ağaca bağlayıb, əynindəki paltarını zorla soyundurub.