Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir


Digərləri 23 Apr 2019 10:44:00 240 0

Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir

May bayramı günlərində təyyarələrdə biznes-sinif yerləri üzrə uçmağa üstünlük verən rusiyalı səyahətçilər arasında ən populyar 5 istiqamətdən biri Azərbaycanın paytaxtı Bakıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu istiqamətlərə Bali, Almaniyanın Köln və Münhen şəhərləri, Maldiv adaları da daxildir.

Biznes-sinif üzrə aviabiletlərin (gediş-dönüş) satışı 14 faiz, yəni 66 220-dən 75 655 rubla qədər artıb.