Üzünü it parçalayan uşağın atası:


Digərləri 23 Apr 2019 10:49:00 182 0

Üzünü it parçalayan uşağın atası:

"Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun vəziyyəti yaxşılaşır".

Son.az xəbər verir ki, bunu Trend-ə uşağın atası Qismət Məmişov deyib.

Onun sözlərinə görə uşaq özünü yaxşı hiss edir:

"Uşağın vəziyyəti yaxşıdır. Lakin həkim sabah, birigün nə olacağı ilə bağlı zəmanət vermir. 40 gün gözləmək lazımdır. Oğlumun üzünü əməliyyat etdilər, lakin mənə onun can sağlığı lazımdır. İndi özünü yaxşı hiss edir. Xəstəxanadan nə vaxt çıxacağı isə hələlik bəlli deyil".