Kirayədə yaşayan bu şəxslərə verilən pul kompensasiyası artırıldı


Digərləri 23 Apr 2019 08:52:30 235 0

Kirayədə yaşayan bu şəxslərə verilən pul kompensasiyası artırıldı

Kirayədə yaşayan polis, prokurorluq və miqrasiya orqanlarının əməkdaşlarına verilən pul kompensasiyası artırılıb

Bakı. Daxili işlər, prokurorluq və miqrasiya orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydalarında dəyişiklik edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Bakı şəhərində hər ay ödənilən pul kompensasiyası 47 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb. Eyni zamanda daxili işlər və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda hər ay 100 manat pul kompensasiyası ödəniləcək.