Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb


Digərləri 23 Apr 2019 08:14:00 170 0

Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərin sayı 310 nəfər çatıb

Bakı. Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərin sayı 310 nəfər çatıb. Trend-in "News 1st" telekanalına istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 480 nəfər təşkil edir. Daha əvvəl 290 nəfərin öldüyü, 500 nəfərin isə yaralandığı bildirilirdi. Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.