İsa Həbibbəyli: Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


Digərləri 23 Apr 2019 07:45:00 237 0

İsa Həbibbəyli: Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır

Nazirlər Kabinetinin "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nın təsdiq edilməsi haqıqnda qəbul etdiyi qərar qüvvədədir.

Bakı. İlhamə İsabalayeva – Nazirlər Kabinetinin "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nın təsdiq edilməsi haqıqnda qəbul etdiyi qərar qüvvədədir. Artıq yeni orfoqrafiya lüğətinin çap edilməsi gözlənilmədən bəzi sözlər Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar əsasında yazılmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəyli yeni təsdiqlənmiş orfoqrafiya qaydaları ilə bağlı bəzi mübahisəli məsələlərin yenə də qalması fikri ilə razılaşmayıb. O bildirib ki, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası tərəfindən hazırlanmış Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı alimlərin təqdim etdiyi yekun variantı qəbul edib: “Bu Normalar müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Dil Komissiyasının rəyi alındıqdan sonra təsdiq edilib. Qaydalarla bağlı mübahisəli məsələlər hələ onların müzakirələri zamanı mövcud idi. Lakin mübahisəli məsələlərin hamısı sosial şəbəkələrdə və Orfoqrafiya Komissiyasının iclasında yenidən müzakirə edilib. Mən artıq yeni orfoqrafiya qaydaları ilə bağlı mübahisəli məsələ görmürəm”.