BMT TŞ Şri-Lankada baş verən terror aktlarını pisləyib


Digərləri 23 Apr 2019 05:19:00 216 0

BMT TŞ Şri-Lankada baş verən terror aktlarını pisləyib

BMT Təhlükəsizlik Şurası aprelin 21-i Şri-Lankada baş verən terror aktlarını pisləyib

Bakı. BMT Təhlükəsizlik Şurası aprelin 21-i Şri-Lankada baş verən terror aktlarını pisləyib. Trend-in məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının bəyanatında deyilir. Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri aprelin 21-i Pasxa bayramə zamanı Kolomboda Müqəddəs Antoniy kilsəsində, Neqomboda Müqəddəs Sebastyan kilsəsində, Battikaloada Sinoa kilsəsəində, Kolomboda "Shangri-La", "Cinnamon Grand" və "Kingsbury" otellərində, o cümlədən Şri-Lankanın digər yerlərində törədilən iyrənc və qorxaq terror hücumlarını ən qəti şəkildə pisləyiblər". Təhlükəszlik Şurasının üzvləri terror aktlarında həlak olanların ailəlrinə və Şri-Lanka hökümətinə başsağlığı, yaralananlara isə tez bir zamanda şəfa tapmalarını diləyiblər. BMT Təhlükəsizlik Şurası növbəti dəfə xatırladıb ki, terrorçuluq bütün formalarında və təzahürlərində beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.