İlahiyyat İnstitutunun heyəti Ağcabədidə tələbələrlə görüşüb (FOTO)


Digərləri 23 Apr 2019 02:43:00 211 0

İlahiyyat İnstitutunun heyəti Ağcabədidə tələbələrlə görüşüb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində olub

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov və ali tədris müəssisəsinin əməkdaşları orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Ağcabədi rayonuna səfər zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüş keçiriblər. Aİİ-dən Trend-ə verilən məlumata görə, Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində təhsil sisteminin inkişafı ilə bağlı görülən işlər bu sektorun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunun bariz nümunəsidir. Aİİ rektoru C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Sonra Aİİ rəhbəri ali tədris müəssisəsi haqqında ümumi məlumat verərək, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib. Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova və institutun İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsində qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat veriblər. Daha sonra Aİİ heyəti ADPU-nun Ağcabədi filialında müəllim heyəti və tələbələrlə görüşüb.