Günün qoroskopu:Hisslərinizi dəqiq ifadə edin


Digərləri 23 Apr 2019 00:01:00 249 0

Günün qoroskopu:Hisslərinizi dəqiq ifadə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.  

Buğa - İrəliyə doğru sürətlə irəliləmək istəyirsinizsə, yaşamın intensiv ritminə uyğunlaşın. Astagəllik, süstlük, ətalət imkanlarınızı əhəmiyyətli dərəcədə azaldacaq.

Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Nəqliyyatda sayıq olun. Axşam saatlarına yaxın iş qrafiki gərginləşəcək. Bəzi rutin işləri "çaparaq" görmək gərəkdir.

Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.

Əkizlər - Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Hadisələrin episentrində olun. Fəaliyyətiniz üçün zəruri məlumatı əldə etmək üçün sınanmış, etibarlı vasitələrdən istifadə edin. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq.

Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Tərəfdaşınızın işlərinə kəskin müdaxilə etməyin. Sərt və aqressiv olmayın. Şübhəli adamlarla əlaqələri minimuma endirin. Etibarsız layihələrə baş qoşmayın. Təhlükəli avantüraların daha yaxşı, keyfiyyətli alternativləri var.

Xərçəng - Uğur bilavasitə yeni kursa hazırlıq, zamanla ayaqlaşmaq məharətinizdən asılıdır. Dünənki günlə yaşamaq, risklərdən kənar qalmaq ilk baxışdan rahat və cazibədar təsir bağışlasa da, sonucda ciddi geriləməyinizə səbəb olacaq. Səfərlər, yeniliklər üçün yaxşı zamandır.

Günün ikinci yarısı bilik və bacarığın artırılması, fərqli təmasların şaxələndirilməsi üçün yaxşıdır. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Təcrübə, xəbər, sifariş mübadiləsi etmək olar.

Axşam saatlarını internetdə keçirməyin.

Şir - Çox geniş layihəyə başlayaraq irrasional işlərlə məşğul olmayın. Nüfuzunuzu zərbə altına atmayın. Yaxşı zamandır. Amma bir müddət kölgədə qalsanız, heç pis olmaz. Biznesinizi kimsəyə etibar etməyin.

Günün ikinci yarısında ailə üzvlərinin tələblərini unutmayın. Fəaliyyətinizdə irəliləyişlər üçün vasitəçilərdən, muzdlu işçilərdən istifadə edin. Müraciət etdiyiniz insanların fırıldaqçılar, təsadüfi adamlar olmamasına fikir verin.

Əks təqdirdə bütün işlərdə durğunluq, hətta təhlükəli vəziyyət yaranacaq.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Qız - Yeni plan, metod, əlaqələr üçün münasib zamandır. İndi dumanlı, mücərrəd təsir başlayan məqsədlər tapşırıqları həll etdikcə, problemləri çözdükcə aydınlaşacaq. Yeni məqamlar əyan olacaq.

Fərqli insanlarla tanışlıq uğur vəd edə bilər. Bir şərtlə ki, çevik və sürətli olasınız.

Günün ikinci yarısında alışmadığınız vasitə ilə spontan metodlardan yararlanmaq zərurəti var. Stereotiplərdən uzaq durun. Köhnə standart və ya vərdişlərdən psixoloji asılılıq yaxşı heç nə vəd etmir.

Uğura aparan yolunuzdan sapmayın.

Tərəzi - Günün ilk yarısında imkanlarınız artacaq. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni istiqamət seçin. Əlavə stimula zərurət duymadan inkişaf edin. Yeni tərəfdaş axtarışına çıxmaq üçün əlverişli zamandır.