İsland mamırı göbələk və yosunun birləşməsindən əmələ gələn bitki


Digərləri 22 Apr 2019 23:43:00 222 0

İsland mamırı  göbələk və yosunun birləşməsindən əmələ gələn bitki

İsland mamırı adlanan bitki mamır və şibyə deyil, təbii bir hibrid - iki müxtəlif canlı göbələk və yosunun bir orqanizmdə birləşməsidir. Nəticədə tamamilə yeni və unikal aktiv mikroelement tərkibinə malik canlı alınıb. İsland mamırının unikallığı ondadır ki, bitkidən nəinki xəstəliklərin müalicəsi, həm də profilaktikası məqsədilə istifadə etmək olar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, island mamırının tərkibi natrium karbonatla zəngin olduğuna görə vərəm çöplərinə qarşı müalicədə istifadə olunur. Bundan başqa tərkibi yod, müxtəlif vitamin və ətirli maddələrlə zəngin olduğundan immun sistemi möhkəmləndirmək xüsusiyyətinə malikdir. Son illərdə aparılan tədqiqatlar qadınlarda süd vəzində yaranan durğunluq və mastopatiyanın sorulmasında bitkinin yüksək səmərə verdiyini üzə çıxarıb. Eyni zamanda bitki ümumi yorğunluq, tənəffüs yolları və ağciyər xəstəlikləri, müxtəlif intensivli bronxit, allergik öskürəklər, bronxial astma, vərəm, dərinin infeksion xəstəlikləri, yanıq və bişməcələr, zob xəstəliyi və anemiyanın müalicəsində kifayət qədər geniş tətbiq olunur. Dərman zəhərlənməsi zamanı antioksik vasitə kimi faydalıdır, həmçinin narkotik maddələrdən asılılığın müalicəsində yaxşı təsir göstərir.