104 yaşında vəfat edən müdrikdən sağlam ömür haqqında QİYMƏTLİ SÖZLƏR


Digərləri 22 Apr 2019 23:34:00 258 0

104 yaşında vəfat edən müdrikdən sağlam ömür haqqında QİYMƏTLİ SÖZLƏR

Andrey Varon 104 yaşında bu dünyadan köçən müdrik bir qocadır. Amma o, xəstəlikdən deyil, daşqın nəticəsində qəzada vəfat edib.

Uzun illər monastrda zahid həyatı yaşayan qocanın hikmətli fikirləri Slavyan ölkələrində qiymətli məsləhətlər toplusuna çevrilib.

Son.az Andrey Varonun uzunömürlülük sirri və müdrik sitatları ilə tanış edir.

1. Ətrafda canlı olan hər şeyi: təbiəti, quşları, heyvanları, günəşi, ayı və ulduzları müşahidə etməyi və sevinməyi öyrən. Onlara həmişə diqqətlə və mehriban gözlərlə bax. Təbiəti müşahidə sənə heç bir kitabda yazılmayan biliklər öyrədəcək. Onda öz əksini görəcəksən, əhlilləşdirilmiş və yenilənmiş.

2. Heç olmasa, bir neçə dəqiqə ərzində torpaqda ayaqyalın gəzməyi vərdişə çevir.

3. Suda qalmaq üçün fürsət axtar. O, yorğunluğu aradan qaldıracaq, fikirləri təmizləyəcək.

4. Susamağı gözləmə və həmişə təmiz su iç. Bu, bədənin ilk dərmanıdır. Tale məni hara sürükləsə də, həmişə bulaq axtarırdım. Şüşədə satılan şirin və duzlu suları (mineral) içmə. Birincisi qaraciyəri, ikincisi damarları sıradan çıxaracaq.

5. Masada hər gün təzə meyvə-tərəvəz olmalıdır. Günəş işığı ilə yetişən meyvə və tərəvəzlər daha faydalıdır. Birinci yerdə - çuğundur gəlir, Yer üzündə bəlkə də ondan daha faydalı məhsul yoxdur. Balqabaq, kök, ispanaq, xiyar, giləmeyvə, üzüm, gavalı, alma, lobya, bibər də çox faydalı tərəvəzlərdir.

6. Ət yemək məsləhət deyil. Ümumiyyətlə, başqasının ağrısını yemək qəbul olunmur. Biz yırtıcı deyilik.

7. Kolbasa, qızarmış kartof, peçenye, şirniyyatlar və konservi zərərli qidalardır. Paxla, yarma və göyərtilər orqanizm üçün faydalıdır. Yırtıcı ət yedikdən sonra çətinliklə yeriyir, at isə bütün gün çapır. Məsələn, çəyirtkə uçmaq üçün enerjini otdan alır.

8. Az, amma tez-tez yemək xeyirdir. Çox su və kompot içir və çiy tərəvəz yeyirəm ki, daha az yemək yeyim. Həftədə bir dəfə ac qalıram, cümə axşamından cüməyə qədər heç nə yemirəm, ancaq su içirəm.

9. Günəş sənin üçün doğur və batır. Günəş çıxdıqdan sonra işlər yaxşı gedir. Buna alışsan, bədəninin daha güclü, ruhun daha sağlam olacaq. Beyin axşam yuxusundan sonra daha yaxşı dincəlir və iti işləyir. Rahibələr və hərbçilər belə edir ki, xidmət vaxtı gücü olsun.

10. Başın aydınlanması və üzün yenilənməsi üçün günortalar yarım saat mürgüləmək faydalıdır. Yemək yedikdən sonra yatmaq ziyandır, qan qatılaşır və yağ damarlarda yığılır.

11. Az otur, amma kifayət qədər yuxu al.

12. Açıq səma altında daha çox olmağa çalış. Özünü sərin yerdə yaşamağa öyrəşdir. Ayaqlar və əllər isti olmalıdır, amma baş sərin qalmalıdır. Yadda saxlayın ki, bədən istilikdən zəifləyir və qocalır.

13. Zəif və donmuş bədəni bitkilərlə gücləndir. Giləmeyvə, yarpaqları, qarağat, moruq və digər faydalı bitkiləri qaynadıb iç. Qışda bu, çox faydalıdır.

14. Qoz-fındığı unutma. Qoz beyinə bənzəyir və zehni gücləndirir. Gündə bir çay qaşığı qoz yağı istifadə etmək faydalıdır.

15. İnsanlarla həmişə mehriban və xeyirxah ol. Hər kəsdən, hətta ən boş adamdan da nə isə öyrənə bilərsən. İnsanlardan özünə nə düşmən, nə də dost düzəltmə. Bu zaman gözləntilər səni məyus etməyəcək.

16. Əgər qismətində yazılıbsa, baş verəcək. Sadəcə təmkinlə gözləməyi öyrən. Sənə aid olmayanı gözləməyə dəyməz. Qoy ürəyin yüngülləşsin.

17. Mənfi rəylərə inanma, münəccimlərə, fala qaçma. Qəlbini və ruhunu təmiz və pak saxla.

18. Ürək acı çəkdiyi zaman çoxlu gəzmək lazımdır. Yaxşı olardı ki, meşə və sahil kənarında gəz. Su dərdi özünə çəkib aparacaq. Lakin yadda saxla ki, bədən və qəlb üçün ən yaxşı məlhəm - dua və fiziki işdir.

19. Daha çox hərəkət et. Diyirlənən daş mamırla örtülmür. Bizi yerdə əziyyət və səylərimiz saxlayır. Onlardan yayınma, həm də üzərində hökmranlıq etməyə icazə vermə. Yeni bir işə başlamağa və öyrənməyə heç vaxt qorxma, özün yeniləcəksən.

20. Heç vaxt kurortda olmamışam, bazar günləri yatmamışam. Mənim istirahətim məşğuliyyətlərin dəyişməsidir. Əllər çalışırsa, sinirlər dincəlir. Baş işləyəndə bədən güclənir.

21. Az istəmə. Daha çoxunu arzula ki, ən azını əldə edə biləsən.

22. Qazanc əldə etmək üçün hiylə işlətmə, özünə faydalı olmağa çalış. Susuz qalan ağac tez quruyar.

23. Adamayovuşmaz və masqaraçı olma, şən ol.