Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib (FOTO)


Digərləri 22 Apr 2019 23:37:42 216 0

Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib (FOTO)

Yekunda iştirakçılara təlim kursunu bitirmələri barədə sertifikatlar verilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzlərinin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, Xidmətin Regional Peşə Tədris Mərkəzlərinin, həmçinin Təhsil Nazirliyinin peşə təhsili müəssisələrinin müəllimlərinin iştirakı ilə peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” regional proqramının dəstəyi ilə təşkil edilib.